
KNAUF məhsullarının təchizatı ilə yanaşı, biz arakəsmələr, tavanlar və divar üzlükləri kimi komplekt sistemlərin peşəkar layihələndirilməsi və quraşdırılması xidmətlərini təklif edirik. KNAUF sistemlərindən maksimum nəticəyə yalnız bütün quraşdırma qaydalarına əməl edildikdə nail olmaq mümkündür.
Xidmətlərə daxildir:
Layihələndirmə: Səs izolyasiyası, yanğına davamlılıq, məkanın şəraiti (nəm və ya quru), arakəsmələrin hündürlüyü ilə bağlı tələblərinizdən asılı olaraq düzgün sistemin seçilməsi üzrə məsləhət və seçim. Bu zaman sizin tələblərinizə cavab verən, material və quraşdırma dəyəri baxımından ən ucuz sistem seçilir. Ən yüksək göstəricilərə malik və ən bahalı sistem hər zaman düzgün seçim demək deyil!
Təklifin hazırlanması: Ölçülərin götürülməsi və ya iş həcmi barədə sizdən məlumat alınması. Lazımi materialların miqdarının hesablanması. Sizə materialların dəyəri, quraşdırma işlərinin dəyəri, əlavə işlərin dəyəri (əgər varsa və ya yarana bilərsə), daşınacaq materialların həcmi və çatdırılma dəyəri barədə məlumatın təqdim edilməsi.
Quraşdırma işləri: Sistemlərin KNAUF şirkətinin tövsiyələrinə tam uyğun şəkildə quraşdırılması. Bu zaman quraşdırma işlərinin siyahısına mütləq alçıpan lövhələrinin araların suvaqlanması daxil edilir. Bu, bizə onların texniki cəhətdən düzgün və düzgün materiallarla suvaqlanacağına əminlik verir və siz bizdən tam zəmanət alırsınız ki, gələcəkdə yarana bilən problemləri digər ustaların səriştəsizliyi ilə əlaqələndirmək mümkün olmayacaq.
Zəruri olduqda, sizin rahatlığınız üçün əlavə ödəniş qarşılığında materialların çatdırılması, boşaldılması, mənzilinizə qaldırılması, quraşdırmadan sonra tikinti tullantılarının daşınması qayğısına qala bilərik.