Knauf Trennfiks ayırıcı lent ( 50m)
Knauf Trenn-Fix tikinti konstruksiyalarında genişləndirici və birləşmə tikişlərinin qurulması üçün nəzərdə tutulmuş ayırıcı lentdir. Lent eni 65 mm olan, bir kənarına yapışqan təbəqəsi çəkilmiş xüsusi işlənmiş kağız zolağıdır. Məhsul 50 metrlik rulonlarda tədarük olunur və əlavə hazırlıq tələb etmədən istifadəyə hazırdır. Patentləşdirilmiş yapışdırma texnologiyası sayəsində lent etibarlı fiksasiyanı təmin edir və lazım gəldikdə heç bir iz qoymadan çıxarıla bilər. Material hətta yüksək rütubət şəraitində ölçü sabitliyinə malikdir ki, bu da tikişin uzunömürlülüyünə zəmanət verir.
Əsas tətbiq sahəsi alçıpan səthləri ilə onlara bitişik olan əsas konstruksiyalar arasında ayırıcı tikişin yaradılmasıdır. Lent bitişik elementlərin bir-birinə nisbətən sərbəst hərəkətini təmin edərək sürüşmə birləşməsi yaratmaq üçün istifadə olunur. Eyni zamanda suvaq səthlərinin ayrılması üçün də effektivdir və bu zaman tikişlərin kəsilməsi kimi əmək tutumlu əməliyyatı əvəz edir. Quraşdırma zamanı lent dar yapışqan zonası ilə quraşdırılmış profilin yanında hamar bazaya yapışdırılır. Alçıpan lövhələri lentdən təxminən 5 mm boşluq saxlanılmaqla quraşdırılır, bundan sonra tikiş Knauf ara dolğusu ilə (Fugen, Unihard, Uniflot) işlənilir. Ara dölğusu quruduqdan sonra lentin çıxan hissəsi birləşmə küncündə iti bıçaqla kəsilərək çıxarılır. Taxta və ya beton konstruksiyalara bitişik səthlərin suvaq və ya alçıpan ilə örtülməsi zamanı lent onları çirklənmədən qoruyur və rəngləmə işləri bitdikdən sonra çıxarılır.
| Knauf Trenn-fiks | 301.04KB | Yüklə |
Məhsul haqqında şərh yoxdur, birincisini Siz yaza bilərsiniz.
Məhsul haqqında sual yoxdur, birincisini Siz yaza bilərsiniz.