Knauf XTN tipli şurup
Knauf XTN şurupu - yüksək sıxlıqlı alçıpan lövhələrinin (Knauf Diamant, Knauf Megabord, Knauf Sapfir) və Knauf gips-lifli lövhələrinin (GVL) Knauf profili əsasında karkaslara bərkidilməsi üçün istifadə olunur.
Başlığın özəl forması şurupun daşıyıcı güvvəsini qorumaqla alçıpan lövhəsinin nüvəsini dağıtmadan səthinə dərinləşməyə imkan verir. Əks yiv və şurup başlığının xüsusi həndəsəsi alçıpan lövhələrinin nüvəsində artıq gərginliyi aradan qaldırır və hazır səthin yüksək keyfiyyətini təmin edir.
Knauf XTN şurupu peşəkar quraşdırma üçün innovativ həll olub, unikal ucluq həndəsəsi sayəsində deşici və bərkidici funksiyalarını özündə birləşdirir. Bu şurup divar qalınlığı 0,6 mm-dən 2,0 mm-ə qədər olan metal profillərə yüksək sıxlıqa malik olan alçıpan lövhələrinin əvvəlcədən deşmə tələb etmədən sürətli və etibarlı bərkidilməsi üçün xüsusi hazırlanmışdır. Gücləndirilmiş iti ucluq istənilən sıxlıqdakı metala ideal girişi təmin edir, quraşdırma zamanı sürüşmə və təbəqənin yerdəyişməsini aradan qaldırır. Antikorroziya örtüyü şurupu pas əmələgəlməsindən etibarlı şəkildə qoruyur, hətta yüksək rütubət şəraitində bütün konstruksiyanın davamlılığına zəmanət verir.
Xaçvari yuvası (PH2) olan gizli başlığın optimallaşdırılmış forması bərkidicinin səthə ideal batırılmasına imkan verir ki, bu da sonrakı tamamlama işləri prosesini xeyli asanlaşdırır. Universal Knauf XTN şuruplarını seçməklə, siz maksimum iş sürəti və Alman istehsalçının standartları ilə təsdiqlənmiş qüsursuz birləşmə keyfiyyəti əldə edirsiniz.
Məhsul haqqında şərh yoxdur, birincisini Siz yaza bilərsiniz.
Məhsul haqqında sual yoxdur, birincisini Siz yaza bilərsiniz.