- Mövcudluq: Anbarda
- Model: Holcim Optimal 300
- Məhsul haqqında
- Xüsusiyyətlər
- Suallar (0)
- Şərhlər (0)
Qaradag Optimal 300 - Hörgü-suvaq sementi
Holcim Optimal 300 sementi hörgü-suvaq qarışıqlıqlarında rahat işləmək üçün optimal seçimdir. Bu sement asan qarışdırılma, geniş yayılma xüsusiyyətləri ilə yanaşı, həm də divara rahat yapışma özəlliyinə sahibdir və yüksək ilkin möhkəmlik təmin edərək tikililərin davamlı bünövrə üzrində qurulmasına şrait yaradır.
Tövsiyə olunan istifadə sahələri:
- Daxili suvaq
- Daş-divar hörgüsü
- Kərpic arakəsmə hörgüsü
Üstünlükləri:
- Asan qarışdırılma – 25% daha az vaxt tələb olunur. Əl və ya mexaniki beton qarışdırıcıların vasitəsilə istənilən növ qumla asan qarışır və yüksək plastiklik təmin edir
- Rahat yapışma – 30% daha az məhsul itkisi. Hər növ səthin üzərinə asan yapışır və daha az məhsul itkisinə yol verilir
- Geniş yayılma – 20% daha çox səthi əhatə edir. 6 m hamar səthi 2-2.5 sm qalınlığında suvaqla əhatə etmək üçün 1 kisə 40 kg Optimal məhsulu sərf olunur
- Tez bərkimə – 60% daha tez bir günlük möhkəmlik. Optimal məhsulu ilə yüksək ilkin və bir günlük möhkəmlik əldə etmək mümkündür
Standartlar:
- AZS 411:2010
- EN 197-1:2000
İstifadə qaydaları:
- Daxili suvaq - 40 kq sement məhsulu üçün, 16 ədəd 10 litrlik vedrə ilə qum.
- Daş-divar hörgüsü - 40 kq sement məhsulu üçün, 12 ədəd 10 litrlik vedrə ilə qum.
- Kərpic arakəsmə hörgüsü - 40 kq sement məhsulu üçün 9 ədəd 10 litrlik vedrə ilə qum.
- Tələb olunan su miqdarı lazımi axarlılığa görə müəyyən edilir (Qumun nəmliyini nəzərə alın).
Tövsiyə və məsləhətlər:
1. Ancaq 2 saat ərzində istifadə edə biləcəyiniz qədər palçıq (hörgü-suvaq) qarışığı hazırlayın
2. Tələb olunandan artıq su əlavə etməyin çünki bu son möhkəmlik göstəricisini aşağı sala bilər
3. Sağlamlığıza zərər vurmamaq üçün kisələri düzgün qaydada götürün
Bu məhsul haqqında sual yoxdur, Sizin sualınız birinci ola bilər.